Ürək və sümüklər üçün faydalı 3 qida

post-img

Kifayət qədər kalsium tərkibli qidalar qəbul etmədiyimiz zaman D vitamini, maqnezium və kalsium çatışmazlığı kimi sağlamlıq problemləri ilə üzləşirik.

Kalsium çatışmazlığı özünü sümüklərin zəi əməsi, dırnaqlarda deformasiya və qırıqlar, quru dəri, əzələ ağrıları və krampları, tetaniya, qismən və ya ümumi epileptik tutmalar, ağız ətrafında və barmaqlarda uyuşma kimi əlamətlərlə göstərir. 

Uşaqlarda diş çürüməsi, yuxu problemləri, tez-tez xəstələnmək, kəllədaxili təzyiqin artması, zehni durğunluq, əsəbilik, aşağı intellektual qabiliyyət, narahatlıq və şəxsiyyət pozğunluqları, depressiya və psixoz vəziyyət də kalsium çatmazlığındandır.  Eyni zamanda, kalsium azlığı olanlar çəki itirməkdə çətinlik çəkir, katarakt və görmə pozuntuları ilə qarşılaşırlar. 

Bədənin gündəlik ehtiyac duyduğu kalsium miqdarı yaşa, cinsə, fiziki fəaliyyət səviyyəsinə və digər amillərə görə dəyişə bilər. Ümumiyyətlə, mütəxəssislər 19–50 yaş üçün orta gündəlik kalsium miqdarının 1000 milliqram olduğunu söyləyirlər. 

Sümük sağlamlığını dəstəkləmək və qorumaq üçün kalsium miqdarını artırmaq lazım ola bilər. Xüsusilə inkişaf etməkdə olan uşaqlarda və yaşlılarda kalsiuma ehtiyac daha yüksək olur. 

Ürək sağlamlığı üçün də vacib olan kalsiumla zəngin noxud yüksək bitki zülalı və pəhriz li əri ilə diqqət çəkir. Noxud antioksidant təsirləri ilə xəstəliklərlə mübarizə aparır və kalsium ehtiyacını qarşılamaq üçün veqan qidalanma proqramlarında mühüm yer tutur. 

Kalsiumun ən əhəmiyyətli qaynağı süddür və onun müntəzəm istehlakı sümük sağlamlığı üçün çox vacibdir. Bədən tərəfindən effektiv şəkildə mənimsənilməsi üçün D vitamini ilə birlikdə kalsium qəbul etmək vacibdir. Ona görə də süd və ya digər kalsium tərkibli qidalarla D vitamini qəbul etməyə diqqət etmək lazımdır. 

Kalsium baxımından çox zəngin olan küncüt kalsium ehtiyacını qarşılamaq üçün əla seçimdir. 

Z. HÜSEYNLİ 

XQ

Sosial həyat