Tomas Bax transgender qalmaqalına görə tənqidləri qəbul etmir

post-img

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax 2023-cü ildə gender testindən keçə bilməyən, lakin yarışa buraxılan əlcəzairli boksçu İman Həlifin tənqidini qəbuledilməz adlandırıb.

“Biz müəyyən fikirləri dinləməyə hazırıq. Amma biz siyasi motivli mədəniyyət müharibəsinə girməyəcəyik. Bu gündəm tamamilə qəbuledilməzdir”, - Bax deyib. 

Xatırladaq ki, avqustun 1-də italiyalı boksçu Angela Karini 47 saniyədə İman Həlifə qarşı döyüşünü davam etdirməkdən imtina edib. Onun sözlərinə görə, rəqibi tərəfindən vurulandan sonra burnunda şiddətli ağrılar hiss edib, müvazinətini itirib və nəfəs almaqda çətinlik çəkib. Avqustun 2-də Karini idman karyerasını bitirdiyini elan edib.

Həlif bir il əvvəl Hindistanda keçirilən Dünya Çempionatında gender testindən keçə bilməyib. Həmçinin Tayvan təmsilçisi Lin Yutinq də həmin çempionatda analoji sınaqdan keçməyib. Daha sonra BOK hər iki idmançının Oyunlarda iştirakını təsdiqləyib.

XQ

İdman