Tramp Ukrayna münaqişəsinə son qoya biləcəyinə ümid edir

post-img

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Ukrayna münaqişəsinin həlli üçün səylərini davam etdirir və buna nail ola biləcəyinə inanır.

O, Ağ Evdə Milad ağacının yandırılması mərasimində deyib: “Biz bunun üzərində çox çalışırıq və bunu dayandırmalıyıq”.

Prezident bildirib ki, hazırda ölkəsi təhlükəsizdir və əhali Milad və Yeni ili təhlükəsiz şəkildə qeyd edə bilər: “Bir millət olaraq minnətdar olacağımız çox şey var. Bu bayram mövsümündə sərhədimiz etibarlıdır, ruhumuz dirçəlmişdir —ölkəmizin tarixində ən etibarlı sərhəddir. Yeddi aydır heç kim ölkəmizə qanunsuz daxil olmayıb”. 

O, sülhü və asayişi qoruyan ABŞ hərbçilərinə, o cümlədən Milli Qvardiyanın “cəsur qəhrəmanlarına” təşəkkür edib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya