Niger Prezidenti Türkiyənin Afrikaya dəstəyindən razıdır

post-img

Türkiyə Afrikanın inkişafına sadiqlik üzrə, eyni zamanda, Afrika ölkələrində özəl sektora dəstək kontekstində ən nümunəvi ölkədir. Ona görə də Türkiyə şirkətləri heç nədən harahat olmamalıdır. Bu barədə Niger Prezidenti Məhəmməd Bazum bəyan edib. Məlumatı “Anadolu” verib. 

Onun sözlərinə görə, hər iki ölkə ən müxtəlif səviyyələrdə sıx və uğurlu əməkdaşlıq edir. Türkiyə şirkətləri Nigerdə müxtəlif sahələrdə, o cümlədən, səhiyyə, ətraf mühit, təhsil sferalarında müxtəlif layihələr həyata keçirir.

“Biz Türkiyə ilə birgə reallaşdırılan layihələrdən çox razıyıq. Hələ 10 il əvvəl bizim münasibətlərimiz Prezident Ərdoğanın siyasəti sayəsində ciddi impuls qazanıb”. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya