“Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2022-ci il 22 aprel tarixində imzalanmış “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu” təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2023-cü il

Qanunlar