“İRS” nəşrlərinin Türkiyədə təqdimatı

post-img

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağında tarix və mədəniyyətimizə dair mühüm kitablar çap edən “İRS” müəssisəsinin nəşrləri təqdim olunub.

“İRS” nəşriyyat evinin layihə rəhbəri və baş redaktoru Musa Mərcanlının “Əziz şəhər Şuşa”, “Şirvanşahların mininci ili”, “Daşları toplama zamanı” kitablarının türkiyəli alimlərin iştirakı ilə müzakirəsi də keçirilib.

Təqdimatın moderatoru, Qazi Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri, professor Bülent Aksoy qeyd edib ki, müzakirə olunan əsərlər Azərbaycanın, eləcə də Türk dünyasının tarixi yaddaşını əks etdirən mühüm mənbələrdir. Qeyd edilib ki, Qarabağ bölgəsi və Azərbaycan həqiqətlərinin Türk dünyasında və beynəlxalq müstəvidə daha geniş tanıdılması baxımından belə elmi-mədəni təşəbbüslər böyük əhəmiyyət kəsb edir. Çıxış edən alimlər Şuşanın bütün “Türk dünyasının mədəniyyət paytaxtı” kimi daşıdığı yüksək mənəvi dəyərdən söz açıblar. Belə nəşrlərin Türkiyədə daha geniş auditoriyaya çatdırılmasının zəruriliyi vurğulanıb.

“İRS”in rəhbəri Musa Mərcanlı təqdim olunan əsərlərin hazırlanma və yazılma prosesi barədə geniş məlumat verərək bildirib ki, bu nəşrlər Azərbaycan tarixinin, mədəniyyətinin və milli irsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.

XQ

Mədəniyyət