Ermənistana yanacaq ixracı davam edir

post-img

Azərbaycan Dəmir Yollarının Biləcəri stansiyasından 16 sistern vaqondan ibarət qatarla 974 ton dizel yanacağı Gürcüstan vasitəsilə Ermənistana göndərilib. Bundan əvvəl, 14 apreldə 22 sistern vaqonunda 1298 ton dizel yanacağı ixrac olunmuşdu.

Məlumata görə, indiyədək Azərbaycan Ermənistana, ümumilikdə, 7 min 610 ton dizel yanacağı, 979 ton RON92 benzini və 2 min 955 ton RON95 benzini ixrac edib. Ermənistana yanacaq tədarükü ötən ilin 18 dekabrında başlanıb və ilk mərhələdə qonşu ölkəyə 1220 ton A-95 benzini çatdırılıb.

Qeyd edək ki, işğal dövründən Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərarla aradan qaldırılıb.

XQ

İqtisadiyyat