“Rabitəbank” ASC-nin müşahidə şurasının 21 aprel 2026-cı il tarixli 23 nömrəli qərarına əsasən, 2026-cı il iyunun 5-i, saat 17.00-da bankın səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. “Rabitəbank” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş 2025-ci il üzrə maliyyə hesabatının və idarəetmə hesabatının təsdiq edilməsi.
2. “Rabitəbank” ASC səhmdarlarının ümumi yığıncağının əsasnaməsinin yenilənməsinin təsdiq edilməsi.
3. Digər məsələlər.
Yığıncağın keçiriləcəyi ünvan: Bakı şəhəri, Füzuli küçəsi 71 (Rabitəbank ASC-nin inzibati binası).
Qeyd: səhmdarların qeydiyyatı yığıncaq günü saat 16.30-dan etibarən aparılacaqdır.
İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. Nümayəndə vasitəsilə iştirak zamanı müvafiq qaydada təsdiq edilmiş etibarnamə tələb olunur.
Səhmdarlar gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın baş ofisində, habelə elektron qaydada müraciət etməklə tanış ola bilərlər.

