Misir, Pakistan, Türkiyə və Oman ABŞ-İran danışıqlarını müzakirə ediblər

post-img

Misir Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Misir, Pakistan, Türkiyə və Omanın xarici işlər nazirləri ABŞ və İran arasında danışıqların gedişatını qiymətləndiriblər.

Xəbəri “Anadolu” yayıb. 

Məlumata görə, Misirin xarici işlər naziri Bədr Əbdüləti həmkarları - Omanın xarici işlər naziri Bədr əl-Busaidi, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın xarici işlər naziri İshaq Dar ilə telefon danışıqları aparıb. Söhbət zamanı tərəflər regional hadisələri və gərginliyin azaldılması səylərini müzakirə ediblər, İran və ABŞ arasında danışıqlar prosesi barədə fikir mübadiləsi aparıb, diplomatik səylərdə uğur qazanmaq üçün koordinasiyanın vacibliyini vurğulayıblar.

Misir xarici işlər naziri qeyd edib ki, danışıqlar gərginliyin azaldılmasını və müharibəyə son qoyulmasını təmin edəcək konkret bir kompromisə nail olmaq üçün fundamental bir addımdır.

Nazirlər vurğulayıblar ki, “fikir ayrılıqlarını həll etmək və regionda daha da qeyri-sabitliyin qarşısını almaq üçün yeganə seçim diplomatik həllər və dialoqdur”.

P.ƏMİRCANOV
XQ

 

Dünya