Kərkükün qubernatoru vəzifəsinə türkman seçilib

post-img

İraqın Kərkük əyalətinin qubernatoru vəzifəsinə türkman icmasının nümayəndəsi seçilib. Türkiyənin Xarici İşlər Nazirliyi 21 apreldə elan edib ki, bu, tarixi bir hadisədir.

Məlumatı “Anadolu” verib. 

Nazirliyin bununla bağlı açıqlamasında deyilir: “Mədəni cəhətdən müxtəlif və plüralist quruluşa malik Kərkük şəhərinin qubernatoru vəzifəsinə bir türkmanın seçilməsi inklüzivlik, ədalətli təmsilçilik və sosial birliyin gücləndirilməsi baxımından olduqca əhəmiyyətli və tarixi bir hadisədir”.

Ankara etnik türkman şəxsin Kərkükə qubernator təyin edilməsini İraq və Kərkükün ayrılmaz hissəsi olan türkman icmasının qanuni hüquqlarının gecikmiş şəkildə bərpası kimi qiymətləndirir. XİN qeyd edib ki, Kərkükdə yüksək inzibati vəzifələrin rotasiya qaydasında bölüşdürülməsi təkcə türkmənlər üçün deyil, həm də Kərkükü təşkil edən bütün elementlər üçün ədalətli və qanuni bir nailiyyətdir.

Türkiyə Xarici İşlər Nazirliyi bu tədbirin İraq və Kərkük xalqı üçün sülhə, təhlükəsizliyə və rifaha töhfə verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İraq Prezidenti Nizar Amedi bir müddət əvvəl İraq Türkman Cəbhəsinin (İTM) sədri Məhəmməd Seman Ağanın Kərkük vilayətinin qubernatoru təyin edilməsi barədə fərman imzalayıb.

Təxminən 100 ildən sonra Kərkük qubernatoru vəzifəsi yenidən türkmanlara keçib. 17 apreldə keçirilən iclasda Kərkük Vilayət Şurası İTK sədri Məhəmməd Seman Ağanı vilayətin qubernatoru seçib.

P.ƏMİRCANOV
XQ

Dünya