Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına görə, son günlərdə qurumun Miqrasiya Departamentinin əməkdaşları Rusiya vətəndaşları da daxil olmaqla, 56 əcnəbini deportasiya ediblər.
Məlumatı TASS verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Banqladeş, Qana, Hindistan, İraq, İordaniya, Keniya, Çin, Kuba, Nigeriya, Pakistan, Rusiya, Sudan, Tacikistan, Türkiyə, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıb.
Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.
Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır. Ölkə parlamenti immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.
P.ƏMİRCANOV
XQ

