Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 156 Bakı şəhəri, 15 may 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Nəqliyyat vasitələ­rinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qay­daları haqqında nümunəvi Əsas­namənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrə­li, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alın­ması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 28 fevral tarixli 27 nömrəli, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təli­matın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təs­diq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli, “İsteh­salatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2010-cu il 3 noyabr tarixli 196 nömrəli, “Ünvanlı dövlət sosial yardımı almaq hüququ­na malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mən­zillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsait­ləri hesabına ödənilməsi Qaydası”­nın təsdiq edilməsi barədə” 2012-ci il 24 fevral tarixli 43 nömrəli və “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülə­rinə, sərnişindaşıma fəaliyyətini hə­yata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün dura­caq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 4 mart tarixli 73 nömrəli qərarlarında dəyi­şiklik edilməsi barədə

“İcbari sığortalar haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanu­nunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanın­da dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1877 nömrəli Fərma­nının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, mad­də 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, mad­də 125, № 8, maddə 782; 2011, № 5, maddə 455; 2012, № 5, maddə 487, № 7, maddə 776, № 9, maddə 921; 2013, № 6, maddə 575, № 8, maddə 1021, № 11, maddə 1462; 2015, № 4, maddələr 463, 467; 2016, № 2 (II kitab), maddə 386, № 4, maddə 810; 2017, № 4, maddələr 620, 646; 2018, № 5, maddə 1119, № 10, maddələr 2166, 2175, № 11, maddə 2442; 2021, № 7, maddə 881) ilə təsdiq edilmiş “Nəqliy­yat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qay­daları haqqında Nümunəvi Əsasnamə”­nin 3.2-ci bəndində aşağıdakı dəyişik­liklər edilsin:

1.1. 4-cü yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 5-ci yarımbənd ləğv edilsin;

1.2. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin: 

“Avtonəqliyyat vasitələri “İcbari sı­ğortalar haqqında” Azərbaycan Res­publikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin da­şımaları xidmətini həyata keçirən av­tonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası hə­yata keçirildikdə texniki baxışa buraxılır. Bu halda müvafiq icbari sığorta müqa­viləsinin mövcudluğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanı­lır.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 123; 2005, № 11, maddə 1061; 2006, № 9, maddə 822; 2008, № 2, maddələr 116, 130, № 5, mad­də 430; 2010, № 3, maddə 264; 2011, № 5, maddə 449; 2013, № 6, maddə 723; 2015, № 7, maddə 901; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 3, maddə 512; 2021, № 10, maddə 1199; 2022, № 9, maddə 1098) ilə təsdiq edil­miş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bəndin yeddinci abzası­nın ikinci cümləsinə “sənədlər” sözün­dən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.2. 3.5-ci bəndi üzrə:

2.2.1. birinci abzasa “sənədlər” sö­zündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.2.2. on birinci abzasda “müqavilə­sinin surəti” sözləri “müqaviləsi barədə məlumatlar (müqavilənin tarixi, tərəfləri və zərərçəkənin sığorta təminatı)” söz­ləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, mad­də 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, mad­də 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, mad­də 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, mad­dələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414) ilə təsdiq edilmiş “Azərbay­can Respublikasında notariat hərəkət­lərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinin otuzuncu ab­zası otuz birinci abzas hesab edilsin və aşağıdakı məzmunda otuzuncu abzas əlavə edilsin:

“İcbari sığortalar haqqında” Azər­baycan Respublikası Qanununun 34-2.0.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlar (daşınmaz əmlakın və nəq­liyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilmə­si və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar) “Elektron notariat” informasiya sistemindən sorğu əsasın­da real vaxt rejimində İcbari Sığorta Bü­rosuna ötürülür.”.

4. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, mad­də 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, mad­dələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1920, № 10, mad­də 2175, № 11, maddələr 2443, 2444; 2019, № 1, maddə 161, № 3, maddələr 515, 569, № 12, maddə 2094; 2020, № 9, maddə 1239, № 10, maddələr 1281, 1291; 2021, № 4, maddə 411; 2022, № 4, maddə 383, № 9, maddə 1099, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərni­şin və baqaj daşınması Qaydaları”nın 3.5.4-cü yarımbəndi ləğv edilsin.

5. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2010, № 11, maddə 1031; 2013, № 9, maddə 1139; 2014, № 2, maddə 204, № 7, maddə 903, № 10, maddə 1298; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halların­dan icbari sığorta üzrə sığorta ödəni­şinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nın 1.1.1-ci yarımbəndi ləğv edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 43 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 186; 2016, № 8, maddə 1436; 2017, № 3, maddə 505) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminat­lı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bəndə “Qanununun” sö­zündən sonra “(bundan sonra – Qa­nun)” sözləri əlavə edilsin;

6.2. 3.1-ci bənd aşağıdakı redaksi­yada verilsin:

“3.1. Aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin sığor­talanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaiti hesabı­na almaq üçün tərtib olunan rüblük he­sabatı və aşağıdakı sənədləri Azərbay­can Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) təqdim edir:”;

6.3. 3.1.1-ci yarımbənddə “surətini” sözü “xarici təqdimat forması” sözləri ilə əvəz edilsin;

6.4. 3.2-ci bənd aşağıdakı redaksi­yada verilsin:

“3.2. Mərkəzi Bank bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş hesa­bata və sənədlərə onlar Mərkəzi Banka daxil olduğu tarixdən 10 iş günü müd­dətində baxır və müvafiq icbari sığorta müqaviləsinin mövcudluğunu Qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlayır.”;

6.5. 3.6.1-ci yarımbənddən “təqdim olunmuş hesabata əlavə edilməli olan” sözləri çıxarılsın;

6.6. mətn üzrə ismin müvafiq halla­rında “Palata” sözü ismin müvafiq hal­larında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 507; 2020, № 9, maddə 1239, № 10, maddələr 1281, 1291, № 11, maddə 1408; 2019, № 12, maddə 1532; 2022, № 3, maddə 261, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada isti­fadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata ke­çirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün daya­nacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 6.6-cı bəndindən “icbari sığorta şəhadətnamələri,” sözləri çıxa­rılsın və həmin bəndə “və digər” söz­lərindən əvvəl “icbari sığorta şəhadət­namələri barədə” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları