Cüdoçumuz “gümüş” qazanıb

post-img

Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb.

Turnirdə 73 kiloqram çəki dərəcə­sində çıxış edən Rəşid Məmmədəliyev final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib. Rəqibinə məğlub olan R.Məmmədəliyev turniri ikinci yer­də başa vurub.

Xatırladaq ki, bundan əvvəl koman­damızın üzvləri Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıblar.

İdman