Velosipedçimiz Albaniyada ikinci oldu

post-img

Albaniyada şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən “Tour of Albania” yarışında iştirak edən Azərbaycanın kişilərdən ibarət elit – U-23 milli komandasının üzvləri yüksək nəticəyə imza atıblar. 

Belə ki, idmançılarımız əsl komanda əzmkarlığı göstərərək, millimizin aparı­cı üzvlərindən Samir Cəbrayılova bö­yük dəstək olublar. Nəticədə velosipe­dçimiz bu mərhələdə 2 saat 42 dəqiqə 56 saniyə nəticə ilə ikinci yerə layiq gö­rülərək gümüş medal qazanıb. O, özü­nün və milli komandamızın hesabına 3 UCI reytinq xalı yazdırıb.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman