Hyuston meri 28 May – Müstəqillik Günü münasibətilə bəyanat yayıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

ABŞ-nin Texas ştatının Hyuston şəhərinin meri Con Vitmayr 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində, eləcə də Hyustonda yaşayan azərbaycanlılar Müstəqillik Gününü böyük qürur və sevinc hissi ilə, silsilə tədbirlərlə qeyd edirlər. Sənəddə vurğulanıb ki, Hyuston və Bakı şəhərləri arasında uzun illərdir mövcud olan qardaşlaşmış şəhər münasibətləri mədəniyyət, təhsil, sosial və digər sahələrdə əməkdaşlığın, qarşılıqlı əlaqələrin və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verir. Bəyanatda, həmçinin Hyustondakı Azərbaycan Mərkəzinin, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və soydaşlarımızın fəaliyyəti, onların iki xalq arasında dostluq və əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirilib.

Sonda 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövlətinə və xalqına səmimi təbriklər ünvanlanıb, ölkəyə davamlı inkişaf, rifah və firavanlıq arzulanıb.

Bəyanat “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundovaya təqdim edilib.

Siyasət