Aman kompüter əlindən...

post-img

Rusiya vilayətlərinin birində 15 yaşlı yeniyetmə valideynlərinə dostunun yanında gecələyəcəyini deyib və onunla kompüter oyununa başlayıb. 12 saat kompüter arxasında oturduqdan sonra uşaq xəstəxanalıq olub. Əvvəlcə nitqi pozulub, sonra qıcolmalar başlayıb. Yeniyetmə xəstəxanaya çatdırılıb və onda beynin ödemi aşkarlanıb.

Bu onu göstərir ki, xro­niki problemlərlə birgə kompüter qarşısında keçi­rilən vaxt insanı ölümə sürükləyə bilər. Kompüter asılılığı çox vaxt bir sıra somatik problemlərlə mü­şayiət olunur. Hi­podinamiyadan əzələlər zəifləyir, duruş pis­ləşir və skoliyoz inkişaf edir.

Oyuna həvəsli olan uşaq­lar tez-tez aclıq və yuxusuz­luq hiss etmirlər. Nəticədə orqanizm bərpa olunmaya­caq həddə çatır.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat