SOCAR-ın prezidenti “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

İyunun 1-də“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə SOCAR ilə “ExxonMobil Corporation” arasında enerji sektorundakı 
uzunmüddətli tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanmasının mühüm tarixi hadisə olduğu vurğulanıb.

Söhbət zamanı şirkətlər arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.





İqtisadiyyat