İçərişəhərdə idman festivalı: uşaqlar çempionlarla görüşüblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və müxtəlif idman federasiyalarının dəstəyi ilə İçərişəhərdə, Şirvanşahlar Sarayının ətrafında uşaqlar üçün şou proqram və idman festivalı təşkil olunub.

XQ-nin məlumatına görə, tədbir çərçivəsində uşaqlar tarixi məkanda qurulan xüsusi idman zonalarında müxtəlif idman növləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Balacalar karate, taekvondo, güləş, cüdo, gimnastika və kapoeyra üzrə maraqlı hərəkətləri öyrənib, öz bacarıqlarını sınayıblar. Eyni zamanda şahmat həvəskarları üçün ayrılmış guşədə uşaqlar interaktiv şahmat oyunlarında iştirak ediblər.

Festival zamanı tanınmış veteran güləşçilər – Namiq Abdullayev, Fərid Mansurov, Cəbrayıl Həsənov, Hacı Əliyev və Taleh Məmmədov uşaqlarla görüşərək onlara motivasiya verib, avtoqraf imzalayıb və xatirə şəkilləri çəkdiriblər.

Qeyd olunur ki, tədbirin əsas məqsədi uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etməklə yanaşı, onların idmana marağını artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

















İdman