Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə birgə Bakıda növbəti dəfə Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib.
XQ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “X” sosial media hesabında etdiyi paylaşımda bildirilib.
“Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpa olunan enerji sahəsində əlaqəliliyin gücləndirilməsi, enerji keçidi|nin sürətləndirilməsi və investisiya imkanlarının genişləndirilməsini hədəfləyən bu təşəbbüs çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyəti ilə bağlı fikirlərimizi bölüşdük.
Tədbir çərçivəsində “Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi” sənədi də təqdim olundu”, - paylaşımda qeyd olunub.

