Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 28-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi əsəcək, axşam cənub küləyi ilə əvəz olunacaq. Gecə 16-21°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacaq.
Q.QASIMOV, “Xalq qəzeti”