İtaliyanın Alp bölgəsində ayı 26 yaşlı idmançını parçalayıb.
Qeyd edək ki, hadisə ötən ay baş verib.
Məlum olub ki, dişi ayı dağlıq ərazidə qaçan kişiyə hücum edib.
Hadisədən iki həftə sonra qonur ayı tutulub və inzibati məhkəmə heyvanı evtanaziya ilə ölüm cəzasına məhkum edib.
Lakin Trento şəhəri hakimlər kollegiyasının evtanaziya ilə bağlı məhkəmə qərarına etirazından sonra hökmün icrası iyunun 27-dək təxirə salınıb.
Həmçinin heyvan hüquqları müdafiəçiləri ayının insanlar üçün təhlükə yaratmayacağı sığınacağa köçürülməsini tələb ediblər.
Mərhumun yaxınları da heyvanın öldürülməsinə qarşı çıxıblar.
Fidan SALMANOVA, “Xalq qəzeti”