Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb.
Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib. Rəqibinə məğlub olan R.Məmmədəliyev turniri ikinci yerdə başa vurub.
Xatırladaq ki, bundan əvvəl komandamızın üzvləri Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıblar.