Qadın boksçumuz bürünc medalı təmin edib

post-img

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva (66 kq) Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək dörddəbir finala çıxıb. 

Dəri əlcək ustası bu mərhələdə Asuteya Ausiuteyə (Litva) 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da tə­min edib. 

Şəhla Allahverdiyeva final uğrunda fransalı Fatia Benmessahellə müba­rizə aparacaq. Yarışın qalibləri bu gün müəyyənləşəcək.

İdman