Belə oyunlarda iştirak etmiş 6 futbolçu AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Belə ki, I Divizionda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaları qadağan edilib. Onlar yalnız 6 aydan sonra meydana qayıda bilərlər.
Daha bir nəfər – Samir Hüseynov adlı şəxs isə “danışıqlar”da təşkilatçılıq etdiyinə görə, futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilib.