Səudiyyə Ərəbistanında 4-cü Beynəlxalq Media Forumu

post-img

Fevralın 19-da Ər-Riyad şəhərində Səudiyyə 4-cü Beynəlxalq Media Forumu işə başlayıb. Forum çərçivəsində müasir media trendləri müzakirəyə çıxarılıb. Həmçinin Səudiyyə Ərəbistanının media mühiti barədə təqdimatlar
keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, qurumun
xarici əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli “Xalq qəzeti”nə açıqlamasında bildirib ki, forumun açılış mərasimində Səudiyyə Ərəbistanının energetika naziri,
Şahzadə Əbdüləziz bin Salman Əl Səud, həmçinin, media naziri Salman bin Yousef
Al-Dosari çıxış ediblər. Onlar medianın yeni trendləri, eyni zamanda, ölkənin media siyasəti barədə barədə rəylərini bölüşüblər.

Şahzadə Əbdüləziz Səudiyyə Ərəbistanının siyasi-iqtisadi konsepsiyaları barədə
də danışıb. O, ölkəsində dəyişiklikləri ehtiva edən proqramlara ciddi önəm verildiyini diqqətə çatdırıb.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da foruma qatılaraq açılış mərasimində çıxış edib. Onun “Media və siyasət” mövzunda məruzəsi ciddi maraq
doğurub. 

Forumda media sahəsində mövcud qlobal çağırışlar və onlara qarşı reaksiyalar
müzakirəyə çıxarılıb. Xüsusi olaraq, süni intellekt texnologiyalarının təsirləri üzə rində dayanılıb. Bu sahədə effektiv fikir mübadiləsi aparmaq üçün rəqəmsal texnologiya üzrə ixtisaslaşmış şirkət təmsilçilərinin forumda çıxışları dinlənilib. 

“Müasir media iqtisadiyyatı”, “inkişaf etmiş rəqəmsal mühitdə media iqtisadiyyatının dinamikası”, “davamlılıq strategiyalarının təhlili” məsələləri də diqqət mərkəzində olub. Gələcək media mənzərəsinin proqnozlaşdırılması yolları və yaradıcı istedadların bu sahənin yenidən formalaşdırılmasında roluna diqqət yetirilib.  

Forum çərçivəsində Medianın gələcəyi sərgisi (FOMEX) təşkil olunub. Sərgidə böyük media və texnologiya şirkətləri özlərinin yeni innovasiyalarını təqdim ediblər. 

Səudiyyə Ərəbistanının aparıcı media qurumlarının təmsilçiləri də forumda çıxış edərək, fəaliyyət prinsipləri və yeni media trendləri barədə fikirlərini bildiriblər. Forum iştirakçılarına, həmçinin ölkənin xarici siyasət kursu, beynəlxalq sülhün əldə edilməsində Səudiyyə Ərəbstanının rolu barədə də məlumatlar verilib.

Sosial həyat