Şəhər sakinləri isə məmurlardan gileylidirlər
Azərbaycan paytaxtı qışın oğlan çağının şıltaqlıqları ilə üz-üzədir. Belə ki, fevralın 20-də axş am saatlarından Bakıda və Abş eron yarımadasında qar yağmağa başlayıb. Havanın temperaturu mənfi 2 dərəcəyədək enib. Fevralın 21-dən sonra isə hətta gü ndü z saatlarında temperatur 0 dərəcədən aş ağ ı olub, yollar buz bağ layıb.
Bu dəfə qarın daha “uzunömürlü” olacağı məlum olub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İ brahimova bildirib ki, Bakı və Abş eron yarımadasında mənfi temperatur və qar yağ ması prosesi ö tən dö vrlərdə 1–2 gü n ərzində müş ahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava ş əraiti 5 gü n ərzində davam edəcək və bu qış ın ən uzunmü ddətli soyuq dö vrü olacaq.
Təəssüf ki, qarın yağması ilə dünən səhər tezdən işə yollanan çox sayda şəhər sakini üçün problemlər yaranıb. Belə ki, bir çox avtobus marşrutlarının fəaliyyətində gecikmələr olub. Bu da əksər dayanacaqlarda sıxlıq yaradıb. Sakinlərin sözlərinə görə, bəzi avtobuslar xəttə çox gec buraxılıb.
Bu yazının müəllifləri dünən şəhərin küçələrində xeyli dolaşdılar. Küçələrdə səkilər buz bağladığı üçün yaşlı insanlar yeriməkdə çətinlik çəkirdilər. Ara-sıra yollarda sürüşüb yıxılanlar da qarşımıza çıxırdı.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna zəng edib öyrəndik ki, onlara qarlı hava şəraiti ilə əlaqəli olaraq, 53 nəfər müraciət edib. Xəsarət alan şəxslərdə, əsasən, sınıqlar, bilək və qolun said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. Bir neçə nəfərə cərrahi müdaxilə göstərilib.
Paytaxtın mərkəzi küçələrinin birində çətinliklə yeriyən bir yaşlı kişi müxbir olduğumuz biləndə aiddiyyəti qurumlardan narazılıq edərək dedi:
– Şəhəri qara əvvəlcədən hazırlamaq lazım idi. Əgər hər dəfə qar yağan zaman Bakı qəfil yaxalanırsa, deməli, məsul qurumlar öz işlərini yetərincə yerinə yetirə bilmirlər.
Yeri gəlmişkən, regionlarımızda qış öz sərt üzünü göstərir. Məsələn, Qobustan və Şamaxı rayonları ərazisində yağan qar dünən axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində yaranan buzlaşma nəqliyyatın hərəkətində müəyyən çətinliklərə səbəb olub.
Lakin həmin yolların buzdan təmizlənməsi üçün hərəkət hissəsinə duz-qum qarışığı səpilib. Dünəndən ərazidə xüsusi təyinatlı texnika və canlı qüvvə işləyir, yolların qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ölkənin digər dağlıq və yüksək dağətəyi ərazilərində də güclü qar və buzlaşma müşahidə olunub. Naxç ıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına əsasən, Naxçıvan şəhərinə, Ordubad rayonunun Parağaçay, Nürgüt, Şahbuz rayonunun Kükü, Biçənək, Şərur rayonunun Axura, Culfa rayonunun Ərəfsə, Göydərə kəndlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.
Qarın hündürlüyü Naxçıvan şəhərində 10, Ordubad şəhərində 5, Parağaçayda 13, Nürgütdə 12, Culfa şəhərində 3, Göydərədə 14, Ərəfsədə 11, Şahbuz şəhərində 8, Biçənəkdə 11, Küküdə 22, Şərur şəhərində 7, Axurada 11, Kəngərli rayonunda 8, Sədərək rayonunda isə 8 santimetr olub. Muxtar respublikanın yerli əhəmiyyətli avtomobil yolları qardan təmizlənir, hərəkətin təhlükəsizliyi təmin olunur.
Qar çətinliklər yaratsa da, o, həm də bərəkət, təmiz hava, sağlamlıqdır. Təbiətin bu neməti uçaq, yeniyetmələr, xüsusən də sevən və sevilənlərə xüsusi ovqat və sevinc bəxş edir.
Məsaim ABDULLAYEV,
Kəmalə ABDİNOVA,
Elşən AĞALAR (foto)
XQ