№ 34 Bakı şəhəri, 20 fevral 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12 (II kitab), maddə 2745; (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“3.3. “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxs:
3.3.1. “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri