№ 35 Bakı şəhəri, 20 fevral 2025-ci il
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 170 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 170 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 210) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 4.6-2-ci bəndinə (hər iki halda) “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662 (Cild I) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
3. “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1559 (Cild I); 2024, № 11, maddə 1247) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adına (hər iki halda), preambulaya, 1-ci, 2-ci və 3-cü hissələrə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in adına və 1.1-ci bəndinə (hər iki halda) “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
3.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “ASAN ödəniş” sistemindən istifadə Qaydaları” üzrə:
3.3.1. adına, 1.1-ci (hər üç halda), 2.1-ci və 3.1-ci bəndlərə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
3.3.2. 3.13-cü bənddə “bank, poçt və ya digər ödəniş təşkilatları” sözləri “ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.
4. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954 (Cild I); 2024, № 3, maddə 294, № 4, maddə 438) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”a “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş 3-1 nömrəli əlavə - “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər, işsizlikdən və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”a “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2560 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in 10.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 453 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1873 (Cild I) ilə təsdiq edilmiş “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nın 2.3-cü və 3.3-cü bəndlərində “sistemi üzərindən” sözləri “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları vasitəsilə” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 968 (Cild I); 2024, № 2, maddə 229) ilə təsdiq edilmiş “Aqrar sığorta” informasiya sisteminin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3.2.7-ci yarımbəndə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
7.2. 7.1.9-cu yarımbənddə “ASAN ödəniş” sistemi” sözləri “ASAN ödəniş” informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 avqust tarixli 293 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1110 (Cild I) ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası”nın 3.1-ci və 4.2-ci bəndlərində “sistemi üzərindən” sözləri “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları vasitəsilə” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1833 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Uyğunluğa dair sənədlər toplusu”nun 4.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
10. “Şərtlər toplusunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 503 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1838 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
10.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İşlərin açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”nın 5.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
10.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Malların açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”nın 5.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
10.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Xidmətlərin açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”nın 5.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
10.4. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Satınalma predmetinin ikimərhələli tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”nın 5.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
10.5. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “İşlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”nın 5.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
10.6. həmin Qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Malların kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”nın 5.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
10.7. həmin Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - “Xidmətlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”nın 5.2-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri