Metallurgiya sənayesi yenilənir

post-img

Bakı Şəhər Statistika İdarəsindən “XQ”yə bildirilib ki, ötən il paytaxtın metallurgiya sənayesində 607,2 milyon manatlıq (əvvəlki illə müqayisədə 93 milyon manat, yaxud da 18,1faiz çox) məhsul istehsal edilib. Belə ki, 2023-cü ildə Bakının metallurgiya sənayesində istehsalın həcmi 514,2 milyon manat olub.

Qeyd edək ki, ötən il Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1milyard 349,3 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 38,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1 faiz artım müşahidə edilib.

2024-сü ildə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1 faiz, armatur istehsalı 28,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 20,4 faiz, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 17,9 faiz artıb.

 

İqtisadiyyat