İnternetsiz xoşbəxtlik?!

post-img

Bu gün müasir insan öz həyatını internetsiz təsəvvür edə bilmir. Bununla belə, mobil internetin söndürülməsi bizi daha xoşbəxt edə bilər. Bu asılılığı Kanada və ABŞ alimləri müəyyən ediblər.

Alimlərin araşdırması PNAS Nexus jurnalında dərc olunub. Araşdırmada 467 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər. Birinci qrup – iştirakçıların təxminən yarısı – iki həftə ərzində telefonlarına internetə giriş bloklaşdırıcı proqram yükləyiblər. İkinci könüllülər qrupu da eyni addımı atıb. Qeyd edək ki, bütün iştirakçıların internetə stasionar çıxışı olub.

Maraqlıdır ki, 467 nəfərdən yalnız 266-sı bloklaşdırıcı proqramın quraşdırılmasına razılıq verib və yalnız 119-u mobil interneti, ən azı, 10 gün kəsilmiş vəziyyətdə saxlayıb.

Alimlərin fikrincə, könüllülər həyatdan məmnunluq və psixi sağlamlıq kimi subyektiv göstəricilərini tədricən yaxşılaşdırıblar. Bundan əlavə, onlar uzun müddət ərzində diqqəti cəmləmək üçün obyektiv ölçmə qabiliyyətlərini yaxşılaşdırıblar.

“Onlayn dünyaya daim bağlı olmaq baha başa gəlir, çünki bu əlaqə azaldıqda psixoloji fəaliyyət yaxşılaşır. İnternetə qoşulan digər cihazların istifadəsinin azaldılmasının oxşar təsirlərə səbəb olub-olmadığını düşünməyə dəyər”, – ekspertlər vurğulayıblar.

Leyla HADİ
tələbə-jurnalist

Sosial həyat