4 boksçumuz da yarımfinala çıxıb

post-img

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində millimizin daha 4 idmançısı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Növbəti mərhələdə Zidan Hümbətov (54 kq) Daniel Turcan (Moldova), Sübhan Babayev (57 kq) Maksim Çekin (Ukrayna), Mircəlal Mirağayev (80 kq) George Balan (Rumıniya), Məhəmməd Cəfərov (+92 kq) ukraynalı Volodimir Derkaçla gücünü yoxlayacaq.

Yarımfinala yüksələn Azərbaycan boksçuları özləri üçün, azı ,bürünc medalı da təmin ediblər. Qeyd edək ki, bundan əvvəl 3 boksçumuz yarımfinala vəsiqə qazanıb.

“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

Leyla QURBANOVA
XQ

İdman