Bakıda qlobal qadın hüquqları çağırışları

post-img

İnsanlığı xoşbəxt gələcəyə aparan yol

Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans noyabrın 21-də öz işini panel müzakirələrlə davam etdirib.

Konfransın ilk panel müzakirəsi “Qa­dın: parlaq gələcəyə aparan yol” mövzu­su ətrafında olub.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, qadınlar öz fərqli baxışları, sə­mimiyyəti, enerjisi və gücü ilə bizə ilham vermək və dünyamızı işıqlandırmaq qa­biliyyətinə sahibdirlər. Təəssüf ki, bu gün dünyamız hələ də qadınların həyatına son dərəcə mənfi təsir göstərən bir-biri ilə sıx əlaqəli olan bir sıra böhranlarla üzlə­şir. Bütün bunlar gender bərabərliyinə nail olmaq və qadınları gücləndirmək sahə­sində hələ də maneə olaraq qalmaqdadır.

Sahibə Qafarova bildirib ki, Azərbay­canda qadınlar ölkənin ictimai həyatının bütün sahələrində fəal iştirak edir, yüksək rəhbər vəzifələr tuturlar. Bu gün Azərbay­can Respublikasının Birinci vitse-prezi­denti Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm ictimai və siyasi fəaliyyət qadın­ların cəmiyyətimizin və ölkəmizin inkişafı­na verdiyi dəyərli töhfələri təcəssüm etdirir.

Özbəkistanın Baş nazirinin müavini, Ailə, Qadın Komitəsinin sədri Züleyxa Məhəmova çıxışında ölkəsində qadınla­rın və kişilərin səlahiyyətlərinin və hüquq­larının bərabər təminatı üçün addımların atıldığını, islahatların aparıldığını deyib. İctimai-siyasi həyatda, ciddi qərarların qəbulunda qadınların rolunun danılmaz olduğunu söyləyən Baş nazirin müavini qeyd edib ki, Özbəkistanda millət vəkillə­rinin 33 faizi, siyasi partiya üzvlərinin 46 faizi qadınlardır.

Uqandanın əmək və sosial inkişaf na­ziri Betti Amongi Ongom parlaq və uğurlu gələcək naminə qadınların rolundan da­nışıb, onların statusunun və hüquqlarının tanınmasının əhəmiyyətini qeyd edib. Uqandalı nazir deyib ki, mövcud olan im­kanlardan və gücdən qadınların hüquqla­rının, gender bərabərliyinin təşviqi, onlara bərabər imkanların təminatı üçün istifadə edilməlidir. Qadınların təməl hüquqlarının təminatı üçün dövlət institutları dəstək verməlidir. 

Qeyri-Hökumət Təşkilatlarına Döv­lət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışında Azərbaycanda qadınların hüquqlarının qorunması is­tiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu gün Azərbaycanda dövlət qeydiyyatına alınmış 4 minə yaxın qey­ri-hökumət təşkilatından təxminən 40 fa­izinin rəhbəri qadınlardır.

Tədbirdə çıxış edən Fransa kolonia­lizminə qarşı Bakı Təşəbbüs Qrupunun üzvü Ella Tokoragi bu gün qadınların öz hüquqları uğurunda mübarizə apardıqları­nı deyib. Qadınların bir sıra istiqamətlərdə səlahiyyətləndirilməsinin əhəmiyyətini vur­ğulayan Ella Tokoragi Fransız Polineziya­sında bəzi məsələlərə diqqət çəkib: “Onla­rın səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunmalıdır. Pandemiya Fransız Polinezi­yasında çox pis idarə olundu, 260 min əha­lisi olan ölkədə böhran yaşandı. Fransanın bizim ərazilərimizdə öz məqsədləri üçün bomba sınaqları həyata keçirməsi əhalinin sağlamlığına mənfi təsir göstərib, insanlar arasında xərçəng xəstəliyi yayılıb”.

* * *

Konfrans çərçivəsində, həmçinin “Da­yanıqlı inkişaf üçün 2030-cu il gündəliyi­nin həyata keçirilməsinin sürətləndirilməsi və canlandırılmasında qadınların səlahiy­yətlərinin artırılması” mövzusunda panel iclası keçirilib. 

Uqanda hökumətinin qadın sahibkar­lıq proqramı üzrə nümayəndəsi Joel Aca­nanın moderatorluğu ilə aparılan panel müzakirələrdə çıxış edən Zimbabvenin qadın işləri, icma, kiçik və orta sahibkar­lığın inkişafı naziri Monika Mutsvangva ölkəsinin gender bərabərliyinə çox bö­yük önəm verdiyini deyib. Bildirib ki, 100 illik müstəmləkəçilikdən sonra Zimbabve azadlığa qovuşub. Bu azadlıq mübarizə­sində qadınlar xüsusi rol oynayıblar. O qadınlar Zimbabvenin qəhrəmanlarıdır.

Qadın hüquqlarının təminini parlaq gələcəyin əsas şərtlərindən hesab edən Monika Mutsvangva xüsusilə davamlı inkişaf məqsədlərinə nail olunması baxı­mından bunun əhəmiyyətini vurğulayıb. O, qadın sahibkarların bir-birini dəstək­ləməsinin vacibliyini qeyd edib.

BMT-nin rezident əlaqələndiricisi Vla­danka Andreyeva isə çıxışında deyib: “2030-cu il üçün az vaxt qalıb. Cəmi 7 il, bu uzun müddət deyil. Təəssüflər olsun ki, dünya qarşıya qoyulan hədəflərdən çox geridə qalıb. Parlamentdə qadınların təmsilçiliyində geridə qalırıq. Üzv dövlət­lərdə qarşıya qoyulan məqsədlərə çat­maq üçün işlər bu sürətdə davam edər­sə, 300 il sonra uşaq evliliyinə son qoya bilərik. Hazırda 5 qızdan biri 18 yaşda ailə qurur. 286 ildən sonra isə ayrı-seçkiliklə bağlı qanunları aradan qaldırmaq müm­kün olacaq. 140 il sonra biz iş yerlərində rəhbər vəzifələrdə bərabərliyə nail olaca­ğıq”.

Qoşulmama Hərəkatı Gənclər Təşki­latının baş katibi Leyla Həsənova qeyd edib ki, 2030-cu il gündəliyinin səmərəli şəkildə icrası üçün ciddi addımlar atılma­lıdır. Qadınların səlahiyyətlənməsi yalnız sosial ədalət məsələsi deyil. Pandemiya və geosiyasi vəziyyət bu məqsədlərə çat­maqda əsas problemləri təşkil edir.

Müstəqil Martinika naminə ekoloq­lar və demokratlar Hərəkatının sədrinin müavini Claudette Duhamel çıxış edərək xalqının məruz qaldığı müstəmləkəçilik siyasətindən danışıb: “Biz etnik baxımdan köklərimizə bağlı olsaq da qərb mədəniy­yətinə inteqrasiya olunmuşuq. Təkcə əra­zi olaraq deyil, mentalitet baxımından da biz işğal olunmuşuq”. 

O, əcdadlarının sanki bir hərb düşər­gəsi rejimində yaşadığını deyərək qeyd edib: “Ağ dərili fransızlar özlərini ali irq olaraq görüb qara dərililəri insan statu­sunda belə qəbul etmirdilər. Qara dəri­lilərə əşya kimi davranırdılar. Onlar bizi qul səviyyəsinə endirmək üçün xüsusi rejim yaratmışdılar. Burada məqsəd gələ­cəyə hesablanıb. İnsanlarda müstəmləkə təfəkkürünü yaratmağa, öz köklərini unut­durmağa çalışırlar. Elə bir mentaliteti ya­ratmaq istəyirlər ki, insanlar müstəmləkə­çiliyi normal qəbul etsinlər. Biz dörd əsrə bərbər quldarlığa məruz qalmışıq. Fran­sızlar quldarlıq siyasəti yeridirlər”. 

Panel iclasda mövzu ətrafında müza­kirələr aparılıb. 

Konfransın bağlanış sessiyasında çıxış edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Mura­dova bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə irəli sürdüyü vacib təşəbbüslərdən biri də qadın hüquq­larının inkişaf etdirilməsi və qadınların sə­lahiyyətləndirilməsi üçün platformanın ya­ranması istiqamətində atdığı addımlardır. Hərəkata üzv ölkələr və onların nümayən­dələri Azərbaycanın bu təşəbbüsünə bö­yük dəstək göstərdi. Bütün nümayəndələr hazırkı platformada sözügedən təşəbbüsü reallaşdırmaq üçün toplaşıb. Bu mövzuda keçirilən konfrans Qoşulmama Hərəkatı tarixində bir ilkdir.

Konfrans Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin təşəbbüsü ilə ol­duqca aktual mövzunu əhatə edir. İlham Əliyev sadəcə ideya müəllifi deyil, eyni zamanda, konfransın keçirilməsinin ən böyük dəstəkçisidir. Dövlətimizin başçı­sının dünənki müraciəti özündə bir sıra istiqamətləri əhatə edirdi. Müraciət Qoşul­mama Hərəkatının son illərdəki problem istiqamətlərində yeniliklər və beynəlxalq aləmdəki mövcud vəziyyətinə qiymət verərək, təsisatın gələcək istiqamətlərini müəyyən edib. Bu, bizə həm ölkə içərisin­də, həm də müxtəlif formatda bütün pro­seslərin iştirakçısı olmağa dəstək verir. 

Bununla da “Qadınların hüquqları­nın inkişaf etdirilməsi və səlahiyyətləri­nin artırılması” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırıb.

XQ



Sosial həyat