Misli Premyer Liqasının XII turu start götürüb. qalib gəlib. Yevlax şəhər stadionunda baş tutan “Karvan-Yevlax”- “Kəpəz” matçında qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Hesabı 14-cü dəqiqədə Luis Paçu açaraq qonaqları önə çıxarıb. 31-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər – 1:1. Araz Abdullayev topu qapıçı Yusif İmanovun ayaqları arasından tora göndərib.
Gəncəlilərin qələbə topunu isə 76-cı dəqiqədə Rauf Hüseynli vurub. Futbolçu kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Kəpəz” turnir cədvəlində sonuncu pillədən qurtularaq onuncu sıraya yüksəlib. “Karvan-Yevlax” isə 5 xalla 12-ci pilləyə “yuvarlanıb”. Günün ikinci oyununda “Sumqayıt” “Qarabağ”ı qəbul edib. Oyun 2:4 hesabı ilə ağdamlıların qələbəsi ilə başa çatıb.
Qabil YUSİFOĞLU
XQ

