Bakıda Regional Akselerasiya Mərkəzi

post-img

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BTİ arasında strateji əməkdaşlıq çərçivəsində Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzi yaradılıb.

Açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BTİ-nin baş katibi Dorin Boqdan-Martin, təşkilatın rəsmiləri və müxtəlif yerli-beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. Bildirilib ki, MDB məkanında ilk olan bu mərkəz startapları, biznesləri, dövlət və təhsil qurumlarını bir araya gətirərək innovativ sahibkarlığın inkişafını və regional rəqəmsal transformasiyanın sürətlənməsini hədəfləyir. Mərkəz BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı”na daxil olan 17 qlobal akselerasiya mərkəzindən biridir və dövlət–özəl sektor əməkdaşlığını gücləndirməyə xidmət edir.

Mərkəzin fəaliyyəti Azərbaycanın milli prioritetlərini BTİ-nin qlobal missiyası ilə uzlaşdıraraq ölkənin regional innovasiya liderliyini möhkəmləndirəcək. İRİA-nın sədri Fərid Osmanov bildirib ki, mərkəz Azərbaycan və region startapları üçün qovşaq rolunu oynayacaq və BTİ standartlarına əsaslanan akselerasiya proqramları onların qlobal bazarlara çıxışını sürətləndirəcək.

Regional Akselerasiya Mərkəzi Azərbaycan İnnovasiya Mərkəzinin binasında yerləşir və burada tədbir, təlim və kovörkinq üçün müasir infrastruktur mövcuddur.

XQ

Son xəbərlər