Paşinyanın uğursuz müttəfiq axtarışları

post-img

Erməni professor ölkəsinin tək qaldığını etiraf edir

Ermənistan rəhbərliyinin 30 ildən çox yürütdüyü işğalçılıq, qəsb­karlıq siyasətinin ölkəni uçuruma gətirib çıxardığını, respublika­nın geosiyasi dalana dirəndiyini rasional düşüncəli bəzi haylar da etiraf etməkdədirlər. Həmin etiraflarda Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin baiskarlarının adları çəkilir, ümumi mən­zərə təhlil olunur və mövcud durumdan çıxış yolları göstərilir. Erməni siyasi ekspertlər fikirlərini əsasən qələmə aldıqları məqalələrdə ifadə edirlər.

Belə etirafların yer aldığı məqalələrdən biri bugünlərdə Fransanın “Le Monde Diploma­tique” (“Diplomatik dünya”) jur­nalında dərc olunub. “Ermənis­tan tək qalıb” sərlövhəli yazının müəllifi, Cenevrə Universitetinin beynəlxalq əlaqələr üzrə profes­soru Vigen Çatreyandır. Müəllif məqalədə Ermənistanın üzləşdiyi vəziyyəti təsvir edib. Qeyd olunub ki, sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nə­ticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisi üzərin­də suverenliyini bərpa edib. Müəl­lif bununla razılaşmayan erməni əhalinin çoxunun Ermənistana köç etdiyini vurğulayıb. Bildirilib ki, Qa­rabağın erməni əhalisi geri qayıda bilər, lakin 30 ildən artıqdır yığılmış narazılıq çox az adamın geri qayı­dacağını göstərir.

Yazıda Azərbaycanın qətiyyəti sayəsində həllini tapmış Qarabağ münaqişəsinin tarixinə ekskurs edilib. Bildirilib ki, münaqişə 1988-ci ilin fevralında erməni əhalisinin Azərbaycandan ayrılmaq tələbi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin Ermənistanla birləşməyə səs verməsi və İrəva­nın onları dəstəkləməsi ilə qızışıb. Nəticədə birinci Qarabağ mühari­bəsi başlayıb. 1994-cü ilin mayın­da atəşkəs sazişinin imzalanması ilə başa çatan müharibədə Ermə­nistan Qarabağı və ətraf əraziləri (Azərbaycan ərazisinin təxminən 20 faizini) işğal edərək azərbay­canlı əhalini sıxışdırıb çıxarıb.

Qeyd olunub ki, Ermənistan rəhbərliyinin apardığı siyasət nəti­cəsində ölkə müasir çağırışlar qar­şısında müttəfiqsiz, tək qalıb: “İrə­van 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində üzləşdiyi ağır itkilərdən sonra ordusunu ye­nidən təşkil edə və ya yenidən si­lahlandıra bilməyib. Onun təhlükə­sizlik sahəsində ənənəvi tərəfdaşı olan Rusiya 400 milyon dollarlıq si­lah-sursat alqı-satqısı müqaviləsini icra etməyib. Nə Rusiya, nə də Er­mənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2021-22-ci illərdə Azərbaycanla sərhəddə toqquşmalar baş verən zaman adekvat davranmayıblar. Onlar Ermənistanın ərazisini (?) qorumaq üçün müdaxilə etməyib­lər”.

“Le Monde Diplomatique” yazır ki, nəticədə Ermənistan xüsusilə silah təchizatı baxımından Hindis­tan və Fransanın timsalında yeni müttəfiqlər axtarışına çıxıb. Amma İrəvan Qərbə üz tutandan Rusiya ilə ənənəvi yaxın münasibətlər pis­ləşib. Eyni zamanda, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini gücləndirərək, Rusiya, ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq mü­nasibətlərini eyni vaxtda inkişaf etdirməyə nail olub.

Yazıda bildirilib ki, Ermənistan rəhbərliyi hər zaman, o cümlədən 2020-ci il müharibəsindən sonra da Qarabağın gələcəyi ilə bağ­lı Rusiyaya arxalanıb. Xüsusilə bölgədə rus sülhməramlılarının olması bu arxayınlığı daha da güc­ləndirib. Ancaq Rusiya antiterror tədbirlərinə hər hansı formada mü­daxilə (?) etməyib. Bunun səbəb­lərdən biri də geosiyasi şəraitin dəyişməsidir: “Kreml 2020-ci ilin noyabrında Qarabağa sülhməram­lı qüvvə yeridərkən onun məqsədi hərbi mövcudluğunu genişləndir­məklə Rusiyanın bu strateji regi­onda təsirini artırmaq, həmçinin vasitəçi rolunu inhisara almağa çalışmaq, Qarabağ münaqişəsi­nin həllini qeyri-müəyyən müddətə təxirə salmaq idi. Rusiya bunu etdi. Azərbaycan isə 2020-ci ildən sonra yaranmış status-kvonun onu qane etmədiyini açıq şəkildə bil­dirirdi və Qarabağın bütün ərazisi üzərində suverenliyini bərpa et­mək istəyirdi. 2023-cü ilin sentyabr hadisələri Rusiyanın Ukraynada Qərblə qarşıdurması şəraitində baş verib. Moskvanın Ukraynada­kı hərbi əməliyyatı Azərbaycanın, eləcə də onun müttəfiqi Türkiyənin Rusiya üçün strateji əhəmiyyəti­ni artırıb və Ermənistana marağı azaldıb. Ukraynada xüsusi hərbi əməliyyata başlamazdan cəmi iki gün əvvəl Moskvada Azərbaycan və Rusiya arasında müqavilə im­zalanıb”. Qeyd edək ki, burada söhbət 2022-ci il fevralın 22-də Moskvada iki ölkənin dövlət baş­çısı tərəfindən imzalanmış “Azər­baycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bə­yannamə”dən gedir.

Məqalədə o da bildirilib ki, Azərbaycan Rusiya neftinin ixra­cı üçün tranzit məntəqəsinə və deməli, Qərbin sanksiyalarından yan keçmək üçün mühüm tərəfda­şa çevrilib.

V.Çatreyan qeyd edib ki, Ermə­nistanın baş naziri Nikol Paşinyan real uğur əldə etməsə də, Qərbdə yeni müttəfiqlər axtarır. Avropa İt­tifaqı İrəvanla Moskva arasında münasibətlərin korlanmasına se­vinir, bunun Rusiyanın Qafqazda­kı mövqeyini zəiflədəcəyinə ümid edir və iqtisadi mülahizələrə əsas­lanaraq Azərbaycanı özündən uzaqlaşdırmamağa çalışır. Ötən ilin iyulunda Avropa Komissiyası­nın sədri Ursula fon der Lyayen Bakıya səfər edib və saziş imza­layıb. Sazişə əsasən, Aİ Azərbay­candan təbii qaz idxalını 2023-cü ildəki 8 milyard kubmetrdən bir neçə ildən sonra 20 milyard kub­metrə çatdıracaq.

Yazıda karbohidrogenlərin Azərbaycanın ixracının 90 faiz­dən çoxunu təşkil etdiyi bildirilir və onun əsasən Avropaya göndəril­diyi qeyd olunur. Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində qaz və neft bazarlarında yaranan gər­ginliyin də Azərbaycanın önəmini artırdığı vurğulanıb.

ABŞ-ın roluna nəzər yetirən müəllif Vaşinqtonun eyni dərəcə­də diqqətəlayiq təmkin nümayiş etdirdiyini qeyd edib. Bildirilib ki, bunun bir səbəbi də ABŞ-ın Ermə­nistanın məğlubiyyətindən sonra ikinci dərəcəli faydaya ümid etmə­sidir. Bu fayda isə Rusiyanın Qa­rabağı tərk edəcəyidir. Ancaq bu məsələ də hələ dəqiq deyil. Belə ki, üçtərəfli bəyanata əsasən sülh-məramlılar hələ 2 il bölgədə qal­malıdırlar.

Müəllif belə bir nəticəyə gəlir ki, hazırkı qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, Qafqazda davamlı sabitliyin olması az inandırıcıdır. Ukraynadakı müharibə və Qəzza­nın bombalanması dialoq cəhdlə­rinə zərbə vurub. Rusiya, Türkiyə, İran, ABŞ və İsrail də daxil ol­maqla, regionda iştirak edən güc­lər hazırda başqa yerlərdə aktiv rəqabət aparırlar. V.Çatreyan etiraf edib ki, 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həlli üçün məsuliy­yətin həvalə edildiyi Rusiya, Fran­sa və ABŞ-ın birgə sədrlik etdiyi ATƏT-in Minsk qrupu səmərəsiz bir qurum idi.

Erməni professor bölgə­də yenidən döyüşlərin bərpa olunacağının yaxın müddət­də mümkün olmadığını bil­dirib. O, yazısını Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 8-da Xankəndidə keçirilən hərbi paraddakı niqtindən iqtibas gətirməklə bitirib. Qeyd edək ki, döv­lət başçımız paradda deyib: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail ol­duq, beynəlxalq hüququ bər­pa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yeri­ni göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün priori­tet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.

Çatreyan sonda yalnız onu əlavə edib ki, regionda davamlı sabitlik yekun sülh sazişindən asılıdır. Bu da öz növbəsində Ermənistanın Tavuş və Ararat vilayətlərin­dəki 8 Azərbaycan anklavı ilə bağlı mürəkkəb məsələni də ehtiva etməlidir.

Göründüyü kimi, Azər­baycanın regionda yaratdığı yeni reallıqlar artıq normal düşünmə qabiliyyətinə malik ermənilərin özləri tərəfindən də qəbul və etiraf olunur. Hələlik bu etiraf Ermənis­tandan kənardakı haylar tərəfindən edilir. Yəqin, Er­mənistanın üzləşdiyi davamlı uğursuzluqların yaratdığı və­ziyyət kənardan daha aydın görünür. Ümid edək ki, bu fikirlər Ermənistanda hələ də revanşist fikirlərlə yaşayan hayların da necə deyərlər, ağlına batacaq və onlar da normal düşüncəyə malik ola­caqlar. Ermənistanın bir döv­lət kimi inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlər­dən asılıdır. Əks-təqdirdə ölkənin vəziyyəti çətin olaraq qalmaqda davam edəcək.

İlyas HÜSEYNOV, 
politoloq

– Azərbaycan dövlətinin həm regi­on, həm də qlobal miqyasda xarici si­yasətinin taktika və strategiyası düzgün seçilmişdir. Bunu siyasi ekspertlər vur­ğulayıblar. Həm qlobal layihələr icra olunur, həm qonşularla münasibətlərin nizamlanması, Aİ və ABŞ-la yanaşı, İran, Rusiya və Çin faktorunun nəzərə alınması, qardaş Türkiyə və Türk dün­yası ilə münasibətlərin dərinləşməsi həyata keçirilib. Üstəlik, İsrail və Pa­kistan da bizim əsas maraq dairəmizdə­dir. Dünyanın qabaqcıl silah istehsalçı­ları ilə müqavilələr imzalanır, ordumuz inkişaf etdirilir, ölkəyə valyuta axını təmin olunur. Nəqliyyat-kommunikasi­ya və logistika istiqamətində də qlobal planlar Bakıda cızılır. “Azərbaycan­sız regionda heç bir layihə icra etmək mümkün deyil” aksiomunun müəyyən­ləşməsi də təsadüfi deyil.

Prezident İlham Əliyev uzaqgörən siyasət yürüdərək və müdrik addımlar ataraq, bütün gücünü torpaqlarımızın işğaldan azad olunması işinə sərf etdi. Əgər 3 il əvvəl torpaqlarımızın əhə­miyyətli hissəsi işğaldan azad edildisə, bu ilin 19-20 sentyabrında suverenlik təmin olundu, tarixi qələbə qazanıldı. Ordumuzun, xalqımızın və liderimizin sayəsində mühüm üçlük formalaşdı, “dəmir yumruğ”a çevrildi. Bu ardıcıl iş media müstəvisində, informasiya müharibəsi seqmentində də inkişaf et­dirilir. Fransa jurnalında dərc olunan məqalə də dediklərimizi təsdiq edir. Ermənistan reallıqları qəbul etməli, onunla barışmalıdır. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyub sərhədlərin açılmasına, sülh müqaviləsinin imzalanmasına çalışma­lıdır. Bütün bu reallıqları qəbul etmək istəməyən, revanşizmə sadiq qüvvələr öz düşüncələrini dəyişməsələr, ölkələ­rini daha ağır, daha böhranlı və fəlakət­li duruma sürükləyə bilərlər. Hələ ki, limit tükənməyib. İrəvan sülhə doğru addım atmalıdır. Əks-təqdirdə onlar Er­mənistan dövlətçiliyinin sonunu yaxın­laşdıra bilərlər.

Səxavət HƏMİD
XQ



Siyasət