QAİ AŞPA-nın qərəzini pisləyib

post-img

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının oktyabrın 12-də Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd edir. 

Bu barədə İcmanın yaydığı bəya­natda deyilir. 

“Ölkələrə və məsələlərə dini və et­nik simpatiya əsasında yanaşan irqçi, islamofob, azərbaycanofob ünsürlərin toplaşdığı AŞPA bu mənada, Avropa Parlamenti kimi qitənin üz qarasıdır. AŞPA qoy gedib Avropada tüğyan edən islamofobiyaya, söz azadlığı adı altında müqəddəs Quranın yandırıl­masına bəraət qazandırılmasına, dinc nümayişçilərin atların ayağı altına sa­lınmasına, üzərinə itlərin buraxılma­sına, Korsika dilinin qadağan edilmə­sinə münasibət bildirsin. Riyakarların, siyasi buqələmunların Azərbaycana “öyüd-nəsihət” verməsi üçün heç bir mənəvi hüququ yoxdur”- deyə bəya­natda vurğulanır.

Siyasət