I Türk Dünyası Mədəniyyət Forumu Bəyannamə qəbul edib

post-img

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumu öz işini davam etdirib. Dünən forum iştirakçıları Şuşa Bəyannaməsini qəbul ediblər.

Bəyannamənin əvvəlində Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevə bütün iştirakçılar adından təşəkkür edi­rib. İştirakçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, eləcə də Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşaya Böyük Qayıdışı və bu yolda sürətlə aparılan genişmiqyas­lı bərpa-quruculuq işlərini və mədəni mühitin canlandırılmasını alqışlayıblar. 

Sənəddə 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zən­gəzur bölgələrində Türk dünyası mə­dəni irsinin ayrılmaz tərkib hissəsi tarixi və mədəni abidələrin geniş miqyaslı dağıdılması, həmçinin mədəni mül­kiyyətin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi kimi ağır beynəlxalq huma­nitar hüquq pozuntularını qəti şəkildə pislənib və bütün aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə sərt mövqe tutulması tələb edilib. Eyni za­manda, Şuşada keçirilən diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə alınaraq mövcud çağırışların birgə əməkdaşlıqda həlli üçün yeni mexanizmlərin yaranması dəstəklənib. 

Bəyannamədə Türk dilləri və ədə­biyyatı vasitəsilə ortaq mədəni mövqe­yimizin gücləndirilməsi zəruri hesab edilir və bu irsin rəqəmsal mühitə trans­formasiyasını sürətləndirməyə çağırış ifadə olunub. Forum iştirakçıları müza­kirələrdə əldə edilmiş müsbət nəticəni nəzərə alaraq, türk tarixi-mədəni irsinin araşdırılması, bərpası, mühafizəsi və təbliği sahəsində birgə fəaliyyət və ən yaxşı təcrübənin bölüşülməsinə xid­mət edəcək Türk dünyasının İrs üzrə rəhbərləri şəbəkəsinin yaradılmasını alqışlayıblar və mütəmadi əsaslı plat­forma fəaliyyətinə başlamasını tövsiyə edidlər. 

Bəyannamədə Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsini və ilk mədəni marşrutun ya­radılması təşəbbüsünü perspektivli or­taq layihə kimi yüksək qiymətləndirir və bütün maraqlı tərəfləri bu təşəbbüsün irəlilədilməsində fəal iştiraka çağırış da əksini tapıb. Mədəniyyətin rəqəm­sallaşması, habelə XXI əsrdə türk mə­dəniyyəti qarşısında duran çağırışlara cavab verən ortaq həlləri təşviqi və mədəniyyət sahəsindəki yaradıcı sə­nayelərin ortaq bazarların yaradılması üzrə müzakirələrin intensivləşməsi də zəruri bilinib.

Nəhayət, sənəddə Azərbaycan Respublikasının təşəbbüsü ilə yara­dılmış Türk Dünyası Mədəniyyət Fo­rumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm universal platforma kimi uğurlu olduğu qeyd edilib və forumun iki ildən bir ke­çirilməsi təklif edilib.

XQ

Son xəbərlər