Dünən Qərbi Azərbaycan İcmasında İlham Əliyevin Prezident seçilməsinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib.
İcmanın mərkəzi orqanlarının rəhbərlərinin iştirak etdiyi iclasda çıxış edən QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin 20 il əvvəl ölkə prezidenti seçiləndən sonra həyata keçirdiyi uğurlu siyasətin xalqımızın ümidlərini döğrultduğunu, ölkəmizə möhtəşəm qələbələr qazandırdığını, nəhayət, torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin tam bərpası ilə nəticələndiyini bildirib. O, Prezident İlham Əliyevin adı ilə bağlı qlobal layihələrə də nəzər salıb və bu işlərin Azərbaycanı hazırkı inkişafa qovuşdurduğunu, vətənimizi dünyada ön mövqelərə çıxardığını vurğulayıb.
İcma İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, qurumun Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov,
Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Ziyalılar Şurasının sədri Elxan Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 20 il ərzində həyatın bütün sahələrində əldə edilmiş tarixi uğurlardan danışmış, tarixi Qarabağ zəfərinin Qərbi azərbaycanlıların doğma yerlərə qayıtması ilə bağlı böyük ümidlər yaratdığını qeyd ediblər.
XQ