Fransa regionda savaş axtarırmı?

post-img

Hər halda Parisin erməni “təəssübkeşliyi” sülhə xidmət etmir

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bəzi qeyri-region dövlətlərini narahat edir. Xüsusilə 19 sentyabr lokal xarakterli an­titerror tədbirlərindən sonra erməni əhalinin Azərbaycanın Qarabağ regionunu könüllü şəkildə tərk etməsi Fransa kimi ölkələri destruktiv addımlara sürükləyir. 

Belə ki, Fransanın təşəbbüsü ilə oktyabrın 11-də BMT-nin İn­san Hüquqları Şurasında bir qrup ölkə Azərbaycana qarşı birgə bəyanatla çıxış edib. Bəyanatda ermənilərin Azərbaycanın Qara­bağ bölgəsindən köçürülməsinin səbəbləri ilə bağlı böhtan xarak­terli ittihamlar yer alıb. Təbii ki, bu təşəbbüslərin əsaslandığı iddia­lar həqiqətə uyğun deyil və insan hüquqlarının müdafiəsi deyil, sülh prosesinə zərbə vurmaq və regi­onda gərginliyi artırmaq məqsədi daşıyır.

Fransa 25 ilə yaxın Ermənis­tan–Azərbaycan münaqişəsində vasitəçi olub, lakin heç vaxt Er­mənistanın işğalçılıq siyasətini pisləməyib. Paris münaqişənin həlli üçün heç bir istək də nü­mayiş etdirməyib, əksinə, Azər­baycan münaqişəni müstəqil şəkildə həll etdikdən sonra ölkə­mizə qarşı böhtan kampaniyası aparır. Özünü yalandan insan haqları və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa digər ölkələrin daxili iş­lərinə qarışmaqda davam edir. Prezident İlham Əliyevin cari ilin iyul ayında Bakıda keçirilmiş Qo­şulmama Hərəkatının Əlaqələn­dirmə Bürosunun nazirlər görü­şündəki çıxışında dediyi kimi, “Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqa­bət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regi­onunda da eyni mənfur təcrübə­ni tətbiq etməyə çalışır”. Fransa BMT Təhlükəsizlik Şurasında Qarabağın erməni əhalisinin geri qaytarılmasına şərait yaradacaq qətnamənin qəbul edilməsi üçün yeni müzakirəyə başlamaqla üzünə çırpılmış qapını yenidən döyməyə bəhanə axtarır. 

BMT-nin İnsan Hüquqları Şu­rası (UNHRC) qurumun orqanıdır və onun missiyası bütün dünya­da insan hüquqlarını təşviq et­mək və qorumaqdır. UNHRC-un əsas vəzifəsi hesabat və töv­siyələr hazırlamaqdır. Xüsusi məruzəçilər şəxsi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir, hökumətlərin dəvəti ilə ölkələrə səfər edir, öz səlahiyyətləri daxi­lində məsələləri qiymətləndirmək üçün hökumətlər, biznes qurum­ları və QHT-lərlə danışırlar. On­ların mandatı tematik ola bilər, məsələn, inkişaf hüququ, trans­milli korporasiyaların məsuliyyəti və ya insan hüquqları. Heç kimə sirr deyil ki, insan haqları mövzu­sundan bir çox hallarda postsovet ölkələrinə siyasi təzyiq aləti kimi istifadə olunur. İndi Fransa insan haqları məsələsindən sui-istifadə edərək, ondan siyasi alət kimi yararlanmaqla və ikili standartlar tətbiq etməklə suveren dövlətə–Azərbaycana təzyiq göstərməyə çalışır. 

Əlbəttə, bügünkü Fransa güc­lü prezidentləri dövründə sahib olduğu səlahiyyət və təsirə malik deyil. Parisin dünyada və Franko­foniya ölkələrində nüfuzu qalma­yıb və buna görə də Emmanuel Makron hökuməti Ermənistanın nümunəsindən istifadə edərək, Fransanın hələ də formal müttə­fiqlərinin maraqlarını qoruyacaq qədər güclü və nüfuzlu olduğunu göstərməyə çalışır. Bu, ən azı fransızların erməni maraqlarını müdafiə edərkən istifadə etdikləri tələbkar ritorikadan aydın görü­nür. Amma aydındır ki, bu, sa­dəcə ritorikadır, onun arxasında güclü geosiyasi təsir dayanmır, Paris bununla göldə tufan yarat­mağa can atır. Fransanın BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağın erməni əhalisinin geri qaytarılmasına şərait yaradacaq qətnamənin qəbul edilməsi üçün yeni müzakirəyə başlaması da dediklərimizi təsdiqləyir.

Fransanın təşəbbüsü ilə bir qrup dövlətin 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat vermələri Parisin sülh yox, savaş axtarışında ol­masından xəbər verir. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsin­dən ermənilərin köçməsinin sə­bəblərinə dair əsassız və böhtan xarakterli iddialar yer alıb. Hal­buki dünya ictimaiyyəti gördü ki, ermənilərin Azərbaycan cəmiyyə­tinə reinteqrasiyasına Ermənis­tan əngəl törədir. İndi Fransanın təhriki ilə birgə bəyanata qoşulan ölkələrin Azərbaycana məsləhət verməyə mənəvi haqqı yoxdur. Həmin ölkələrin bir çoxu (Fransa, Almaniya, ABŞ, İspaniya və s.) digər dövlətlərə və xalqlara qarşı dəfələrlə çoxsaylı cinayətlər törə­diblər. Fransanın bu təşəbbüsü qərəzli və birtərəflidir və orada Ermənistandan qovulmuş azər­baycanlıların qayıdış hüququna toxunulmur. Birgə bəyanata imza atanlar 1 milyona yaxın azərbay­canlının öz doğma torpaqlarından qovulmalarına niyə göz yumurdu­lar? Hazırda yüz minlərlə doğ­ma yurdlarından məhrum olmuş azərbaycanlı hələ də köçkün hə­yatı yaşayır. Amma sənəddə on­lar haqda heç nə deyilmir. Buna görə də bəyanata imza atanlar ikili standartlara, məsələlərə dini və etnik təəssübkeşlik prizmasın­dan yanaşmalarına son qoymalı­dırlar. 

Bir sözlə, Fransanın təşəb­büsləri sülhə xidmət etmir. Paris və digərləri azərbaycanlılara qarşı bu cür ayrı-seçkiliyə yol verməklə regionda gərginliyi artırmaq və sülh prosesini relsdən çıxarmaq məqsədi güdürlər. Fransanın Er­mənistana külli miqdarda silah, sursat və hərbi texnika satmasını nəzərə alsaq, onun bölgədə sülh axtarmadığını görürük. Sülh üçün yaradılmış fürsəti adekvat qiy­mətləndirməyən Fransa və onun kimi ölkələr tarixi məsuliyyət daşı­dıqlarını unutmamalıdırlar.

S.ELAY
XQ

Siyasət