Kopenhagendə AIOCC-nin Baş Assambleyası keçirilib

post-img

Danimarkanın paytaxtı Kopenhagendə Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının (AIOCC) Baş Assambleyası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartienin də iştirak etdiyi tədbirin əsas müzakirə mövzusu 2026-cı ildə keçiriləcək şose velosipedi üzrə müxtəlif kateqoriyalı yarışlar olub. Bu yarışlar içərisində 10-14 may tarixlərində təşkil olunacaq 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı da var.

Assambleya zamanı beynəlxalq yarışların keçirilməsi zamanı ortaya çıxan problemlər və onların həlli, təşkilatçılıq təcrübəsinin digər ölkələrdə tətbiqi kimi məsələlər müzakirə olunub, beynəlxalq federasiyanın prezidenti David Lappartienin çıxışı dinlənilib.

Qabil YUSİFOĞLU
XQ

İdman