Günəş fonunda unikal paraşütçü kadrı - VİDEO

post-img

Amerikalı fotoqraf paraşütçünün Günəş diski fonunda düşmə anını qeydə alıb. O, bu işi “İkarın Düşüşü” adlandırıb.

Astrofotoqraf Endryu MakKarti paraşütçünü Günəşin fonunda çəkib. O bildirib ki, şəkli H-alfa teleskopundan istifadə edərək əldə edib. Bu görüntü fotomozaykadır. Kadrı əldə etdikdən sonra Günəş diskinin qalan hissəsini də əhatə etmək üçün çəkilişi davam etdirib.

Fotodakı paraşütçü musiqiçi Qabriel Braun­dur. MakKarti qeyd edib ki, bu fotonun ideyası onların birlikdə paraşütlə tullanmasından sonra yaranıb.

Şəklin reallaşmasına paraplan pilotu Cim Hamberlin kömək edib. O, Braunu lazım olan yüksəkliyə qaldırıb və nə vaxt tullanmalı olduğunu söyləyib. Bu müddət ərzində MakKarti isə yerdən onların hərəkətlərini koordinasiya edib.

S.ELAY

XQ




Maraqlı