Cenevrədə ABŞ, Ukrayna və Avropa arasında Trampın sülh planı ilə bağlı danışıqlar başlayıb.

post-img

Bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib. Ukrayna nümayəndə heyəti Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri ilə bir sıra görüşlər keçirib.

"Növbəti görüş ABŞ nümayəndə heyəti ilədir. Onlar çox konstruktiv əhval-ruhiyyədədirlər. Ümumilikdə, bu gün müxtəlif formatlarda bir sıra görüşlər planlaşdırılır. Ukrayna üçün davamlı və ədalətli sülhə nail olmaq üçün birlikdə işləməyə davam edirik", - deyə o qeyd edib.

Reuters-in məlumatına görə, ABŞ nümayəndə heyətinə artıq Cenevrəyə gələn Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və dövlət katibi Marko Rubio daxildir.

S.ELAY

XQ

Dünya