“Seçkilərdə könüllülər və gənclər təşkilatları ittifaqları 1500-dən çox müşahidəçi ilə təmsil olanacaq. Azərbaycan Könüllü Təşkilatları İttifaqı Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində “Seçki könüllüləri” qrupunu yaradıb. Bu qrup vasitəsilə ilk dəfə səs verəcək gənc seçiciləri seçki hüquqları barədə məlumatlandırırıq”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev bildirib.
Təşkilat sədri qeyd edib ki, seçki könüllüləri Bakı şəhərinin müxtəlif ərazilərində, Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində aktiv fəaliyyət göstərirlər.
XQ