Seçki xəbərləri

post-img

DSK-nın tərkibində dəyişiklik

Bu barədə Azərbaycan Respubli­kası Mərkəzi Seçki Komissiyası qərar qəbul edib. 

MSK-dan verilən məlumatda bildiri­lir ki, komissiya Azərbaycan Respublika­sı Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərar qəbul edib. Qərarda deyilir: “Gülnarə Rza qızı Mustafayeva 7 saylı Səbail seçki dairəsi dairə seçki ko­missiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin”.

Tarixi və siyasiədalətin bərpası

“Milli Məclisə seçkilərin işğaldan azad olunmuş əraziləri də əhatə et­məsi hər birimizdə xoş əhval yaradır. Beynəlxalq hüquqla tanınan əraziləri­mizdə baş tutacaq bu seçkilər həm də tarixi və siyasi ədalətin bərpasıdır”. 

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə “Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyi İdarə Heyətinin üzvü Hey­dər Rəhimli bildirib. O qeyd edib ki, biz özümüz beynəlxalq hüququ bərpa etdik və indi Laçında, Şuşada, Füzulidə, Xankəndi­də və azad olunmuş digər ərazilərimizdə seçki məntəqələri yaradılıb.

Rəqiblərimizə tutarlı cavab

“Azərbaycanda keçiriləcək parla­ment seçkiləri çox önəmli hadisədir. Ölkəmizin ərazi bütövlüyü tam tə­min olunduqdan sonra keçirilən ilk parlament seçkiləri, eyni zamanda, Vətənimizə qarşı qərəzli mövqe tutan qüvvələrə xalqımızın tutarlı cavabı olacaq”. 

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Yeni Ze­landiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Qalib Mahmu­dov deyib.

XQ





Son xəbərlər