Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 95 yaşlı Xalq artisti Roza Cəlilova deyib.
Onun fikrincə, peşəkar rəqqaslara, ümumiyyətlə, sənətkarlara qiymət verilməsi Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanılması üçün vacibdir: “Əminəm ki, yeni seçiləcək deputatların iştirakı ilə xoreoqrafiya sahəsində yeni layihələr həyata keçiriləcək. Bu da ölkəmizin sosial və mədəni həyatının inkişafına böyük töhfə verəcək. 95 yaşımın olmasına baxmayaraq, parlament seçkilərində səsvermədə iştirak edib, layiqli namizədə səs verəcəyəm”.
İ.HƏSƏNQALA
XQ