Strateji mühafizə əməkdaşlarının peşə bayramı

post-img

Avqustun 23-də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər.

Agentliyin rəisi general-mayor İlqar Abbasov, kollegiya üzvləri və rəhbər heyə­ti peşə bayramı ilə əlaqədar Fəxri xiyaban­da ümummilli lider Heydər Əliyevin mə­zarını ehtiramla ziyatət ediblər. Şəhidlər xiyabanında isə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qur­ban vermiş oğul və qızlarımızın unudul­maz xatirəsi anılıb.

Dövlət Agentliyinin akt zalında keçi­rilən təntənəli toplantıda general-mayor İlqar Abbasov şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edərək, xüsusi dövlət mühafizə orqanlarının yaranma tarixi və zəruri bir qurum kimi öz inkişafını da­vam etdirməyindən söz açıb. Ulu öndər Heydər Əliyevin xüsusi dövlət mühafizə xidmətinin fəaliyyətinə verdiyi əvəzolun­maz töhfələrdən danışan Agentlik rəisi qeyd edib ki, Mühafizə Xidmətinin müasir tarixinin ən unudulmaz səhifələri Ümum­milli liderin adı ilə bağlıdır. 

1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb, 2002-ci il ma­yın 6-da Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılıb. Ölkəmizdə həyata keçirilən irimiqyaslı enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar 2003-cü il mayın 31-də Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdində İx­rac Neft və Qaz Boru Kəmərlərinin Təh­lükəsizliyi İdarəsi yaradılıb.

Qeyd edilib ki, 31 illik dövr ərzində xüsusi dövlət mühafizə xidməti orqanları­nın əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Həmçinin Azər­baycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi dövlət mühafizə xidmətinin hərbi qulluqçuları şərəflə iştirak edib, qəhrəmanlıqlar göstə­riblər. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, baş verə biləcək terror-təxribat aktlarının qarşısının qətiyyətlə alınması kimi ən mühüm sahələrdə Xidmətin hərbi qulluqçularının daim nümunəvi fəaliyyəti və fədakarlığı diqqəti cəlb edib.

Xüsusi mühafizə sahəsində dövlət si­yasətinin daha da təkmilləşdirilməsi məqsə­dilə Prezident İlham Əliyevin 2020-ciil 16 mart tarixli fərmanı ilə Xüsusi Döv­lət Mühafizə Xidməti ləğv edilib və yeni 3 qurum yaradılıb. Həmin qurumlardan biri kimi Strateji Obyektlərin Mühafizəsi Döv­lət Agentliyi neft və qaz ixrac boru kəmər­lərinin mühafizəsini, o cümlədən mühafizə olunan şəxslərin və əksər strateji obyekt­lərin təhlükəsizliyinin təmin edilməsi, mü­hafizə olunan şəxslər və obyektlərə qarşı yönələ biləcək təhlükələrin qarşısının alın­ması sahəsində qanunamüvafiq qaydada fəaliyyət göstərir. Beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı bir vaxt­da mühafizə işinin təkmilləşdirilməsi, elm və texnikanın nailiyyətlərindən istifadə olunması, yüksək peşəkarlığa malik ka-drların hazırlanması agentliyin qarşısında duran əsas vəzifələrdir.

Milli dövlətçiliyimizin qorunması işində mühüm yer tutan agentliyin hər­bi qulluqçularının fədakar və nümunəvi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yük­sək qiymətləndirilib. Keçən il yubiley me­dalının təsis edilməsi, hər il əməkdaşların dövlət mükafatları ilə təltif olunması döv­lət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmin diqqət və qayğı­nın davamı kimi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 avqust tarixli sərəncamı ilə agentliyin 12 hərbi qulluqçu­su dövlət təltifləri ilə mükafatlandırılıb, ali zabit heyəti vəzifəsinə yeni təyinat edilib.

Agentliyin rəisi çıxışının sonunda vur­ğulayıb ki, Prezident İlham Əliyevin rəh­bərliyi altında uğurla həyata keçirilən isla­hatların və əldə olunan sabitliyin qorunub saxlanılmasının mühafizəsi sahəsində qar­şıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Strateji Obyektlərin Mühafizə­si Dövlət Agentliyinin şəxsi heyəti döyüş tapşırıqlarının icrasında daha fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına daha sədaqətlə xidmət göstərməlidir.

Mərasimin sonunda agentliyin xidmət­də fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları medal və digər mükafatlarla təltif ediliblər.

XQ

Son xəbərlər