Güngör Yavuzaslan: Azərbaycan xalqı Zəfəri demokratiya ilə taclandırır

post-img

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkdilli Ölkələrin Jurnalistlər Dərnəyinin sədri Güngör Yavuzaslan deyib.

O bildirib ki, Birləşmiş Millətlər Təş­kilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi et­məklə əlaqədar seçkilərin tarixinin dəyşi­dirilməsi iradə nümayişidir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçki məntəqələrinin qurulması isə ümumilikdə, regional proseslərə əlavə rəng qatır: “Bu seçkilərdə Qarabağdan da deputatlar se­çiləcək. Doğma yurdlarına qayıtmış vətən­daşların səsvermədə iştirakı demokratiya və regional sülh üçün mühüm bir mərhələ­dir. Bununla Azərbaycan xalqı əldə etdiyi Zəfərini demokratiya ilə taclandırır”. 

Güngör Yavuzaslan Azərbaycanın bu siyasətini “Güclü Azərbaycan uğrunda yeni strategiya” kimi dəyərləndirib: “Azər­baycan son dövrdə iki seçki keçirərək, bölgədə Türkiyə ilə birlikdə sabitlik ada­sına çevrilir. Bu, Ermənistanla danışıqlar masasında Bakının mövqeyini gücləndi­rir, bölgədə sülh və təhlükəsizlik qapısını açır. Azərbaycanın sosial-iqtisadi müstə­vidə güclənməsi, demokratiya yolu ilə irə­liləməsi daxili və xarici siyasətdə tarazlıq yaradır”.

XQ

Son xəbərlər