Məntəqələr seçkilərə hazırdır

post-img

17 saylı Yasamal 3-cü seçki dairəsində 41 mindən çox seçici var

Paytaxtın Yasamal rayonu üzrə 17 saylı üçüncü seçki dairəsində seçkilərə hazırlıq yekunlaşıb. 

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 17 saylı Yasa­mal üçüncü DSK-nın sədri Qədir Kərimov deyib. Özündə 40 seçki məntəqəsini və 41 min 167 nəfər seçicini birləşdirən DSK sədri bildirib ki, məntəqə seçki komissi­yalarının üzvləri MSK tərəfindən təşkil olunan maarifləndirici treninqlərdə iştirak ediblər: “Onların seçki prosesində rolları və vəzifələri, seçki günü prosedurları və müstəsna hallarda davranış qaydaları, səs­lərin hesablanmasına hazırlıq, seçki bülle­tenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması mövzu­ları izah olunub”.

Q.Kərimovun sözlərinə görə, DSK-ya müraciət edən 15 nəfərdən doqquzu­nun namizədliyi qeydə alınıb. Beynəlxalq müşahidələrlə DSK-da görüşlərin keçiril­diyini diqqətə çatdıqan sədr bütün seçki məntəqələrində seçkilərə hazırlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıldığını söylədi: “Dairənin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazır vəziyyətə gətirilib və gözlənilməz hallar nəzərə alınaraq, elektrik generator­ları da quraşdırılıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə yaşı 80 -100 arasında olan 1083 seçimiz var. İlk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 219 nəfərdir”.

XQ



Son xəbərlər