Azərbaycanda aqrar sahə qabaqcıl ölkələr səviyyəsinə yüksəlir

post-img

9 ayda 9 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib 

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi mövqe qazanıb. Bu gün respublikamızda iqtisadiyyatın digər sahələri kimi, aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib.    

Azərbaycanda 2020-ci ildən etibarən aqrar subsidiyalar yeni mexanizm əsasında verilir. Subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Qəbul olunan qərarlar, imzalanmış fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır. 

Məhz həyata keçirilən tədbirlər nəticəsində bu ilin yanvar–sentyabr aylarında Azərbaycanda 9 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Son 1 ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 2,5 faiz artaraq 5 milyard manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5  faiz artaraq 4 milyard   manat təşkil edib. 

Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 182 min ton (0,1 faiz çox) üzüm, 962  ton (17,6 faiz çox) yaşıl çay yarpağı yığılıb.

9 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 424 min ton ət, 15 min ton yun, 357 ton barama istehsal olunub. Bir il əvvələ nisbətən ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb.

XQ

 

İqtisadiyyat