Bank sektorunun vəsaitləri 45,5 milyard manat artıb

post-img

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev VII Beynəlxalq Bankçılıq Forumunda sentyabrın sonuna bank sektorunun vəsaitlərinin 45,5 milyard manat artdığını, bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox olduğunu bildirib. 

O qeyd edib ki, iqtisadiyyata kredit qoyuluşları 16,7 faiz çoxalaraq 23,3 milyard manata, biznes kreditləri isə 12 faiz artaraq 12,1 milyard manata çatıb. Dövlət fondları nəzərə alınmadan banklar tərəfindən verilən biznes kreditlərinin həcmi 15 faiz artaraq 11,1 milyard manata yüksəlib. Vaxtı keçmiş kreditlərin həcmi isə 534,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalma deməkdir. 

Vaxtı keçmiş kreditlərin portfeldəki payı 23 faiz geriləyib. Fiziki şəxslərin əmanətlərinin həcmi 12,4 milyard manat olub. Depozitlərin dollarlaşma səviyyəsi aşağı enib.

XQ

 

İqtisadiyyat